Çin prezidenti Si Cinpin BRİKS sammitində iştirak etmək üçün Kazana gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasına istinadən məlumat yayıb. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian qeyd edib ki, Si Cinpin Kazanda Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Çin münasibətləri və beynəlxalq məsələləri müzakirə edəcək .