Livanın paytaxtı Beyrutda Rafik Həriri Universitetinin xəstəxanası yaxınlığına İsrailin hücumu nəticəsində azı bir raket düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 13 nəfər ölüb, 57 nəfər yaralanıb.
İsrail ordusu xəstəxananı hədəf almadığını, yaxınlıqdakı "Hizbullah" anbarını vurduğunu iddia edib. Beyrutdakı başqa bir xəstəxana olan Sahel General xəstəxanası İsrailin "Hizbullah"ın xəstəxananın altına milyonlarla dollar pul gizlətdiyini iddia etməsindən sonra hücum qorxusu səbəbiylə boşaldılıb.
Gülayə Mecid