Rusiya Dövlət Duması deputatının köməkçisi Şerip Əlihacıyevin öldürülməsinə cəhddə şübhəli bilinən şəxs ifadə verib.
"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saxlanılan cinayətkar Əlihacıyevin öldürülməsinin sifarişçisi olan şəxsi günahlandırıb: "Sui-qəsdə cəhddə şübhəli bilinən şəxs dindirilmə zamanı cinayətin təşkilatçısını ittiham edərək ifadə verib, onun harada olduğunu müəyyən etmək və saxlamaq mümkün olub".
Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti bildirib ki, Dövlət Dumasının deputatının köməkçisinə hücumdan əvvəl o, bir ay ərzində deputatı izləyib. Ona qətlə görə 20 milyon rubl vəd edilib.
"Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, bu ilin sentyabr ayında sifarişçi əvvəllər məhkumluq həyatı yaşamış tanışına yaxınlaşaraq 20 milyon rubl pul müqabilində qətl törətməyi təklif edib. O, 500 min rubl avans ödənişi ilə razılaşıb. Daha sonra səsboğuculu tapança, fotoşəkillər, habelə qurban haqqında bütün mövcud məlumatları əldə edərək bir ay ərzində qurbanı izləyib", - məlumatda deyilir.
Ağarza Elçinoğlu