Avstraliyanın Hunter Vadisində 23 yaşlı qadın telefonunu iki qayanın arasına düşürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, itmiş telefonunu qayalıqdan çıxarmağa çalışan qadın, yöndəmsizliyinin bədəlini ağır ödəyib. İki böyük qaya arasında 3 metrlik boşluqda qalan 23 yaşlı qadın polis, təcili yardım, yanğınsöndürmə briqadası və könüllü xilasetmə qruplarının 7 saatlıq işindən sonra xilas edilib.