Türkiyədən Ermənistanla Azərbaycan arasında vasitəçilik təklifi olmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə bildirib.
"Türkiyənin bu prosesdə iştirakı göz qabağındadır, istək də göz qabağındadır və olması da təbiidir. Yeganə təklif 3+3 idi ki, biz bunu müzakirə edib öz reaksiyamızı verəcəyik. Mənim təəssüratlarıma görə, onlar da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını gözləyirlər və öz tərəfdaşları olan Azərbaycanı hər cür dəstəkləməyə çalışırlar, lakin bununla yanaşı, arqumentlər sahəsində artıq deyiləsi söz yoxdur", - spiker deyib.
Ağarza Elçinoğlu