Fransa prezidenti Emmanuel Makron Moldovada prezident seçkilərinin birinci turunu və referendum keçirdikdən sonra moldovalıların Aİ-yə daxil olmaq istəyini, eləcə də prezident Maya Sandunun ölkənin inkişafı üçün Avropa vektoru seçimində qətiyyətini alqışlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Fransa rəhbəri "X" şəbəkəsindəki səhifəsində yazıb.
"Dezinformasiya kampaniyaları Avropa ailəsinə qoşulmaq istəyi daha da güclənən moldovalıların qətiyyətini sarsıtmayıb. Maya Sandu bu qətiyyəti təcəssüm etdirir”, - Makron bildirib.
O əlavə edib ki, Moldova Avropadakı taleyini reallaşdırmaqda Fransanın dəstəyinə arxalana bilər.