Uelsdə iki qatarın toqquşması nəticəsində azı 1 nəfər ölüb, 15 nəfər yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, hadisə yerində qatarların hərəkəti dayandırılıb. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerində polis və xilasedicilər işləri davam etdirir. Toqquşmanın səbəbləri barədə məlumat verilmir.

Ağarza Elçinoğlu