Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Su şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması mövzusunda tədbir keçiriləcək.
"Unikal" xəbər verir ki, tədbirin başlama vaxtı: 23 oktyabr 2024-cü il, saat 15:00
Yer: “Bakı KOB evi” (akt zalı)
İclas iştirakçıları: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, KOBİA nümayəndələri, sahibkarlar, qeyri-hökümət təşkilatları və media nümayəndələri
Müzakirə mövzuları:
- Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər barədə təqdimat;
- Sahibkarların məlumatlandırılması üçün “Məlumat kitabçaları”nın, video-rolik və qurumun yeni internet səhifəsinin təqdimatı;
- Yeni hazırlanmış portalın təqdimatı;