İraq Xüsusi Əməliyyat Qüvvələri (ICTS) İŞİD-in “İraq qubernatoru” kimi tanınan terrorçu komandirini zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani açıqlamasında terrorçu komandirin ölkəsinin cənub-şərqində zərərsizləşdirildiyini açıqlayıb.

Öldürülən İŞİD komandiri İŞİD-in İraqdakı bütün hərəkətlərinə cavabdeh olub. Bildirilir ki,  onunla yanaşı, daha 8 İŞİD terrorçusu zərərsizləşdirilib. 

Gülayə Mecid