Gürcü siyasətçilərinin Rusiya Federasiyası ilə müharibə bəyanatlarına inanmamaq üçün heç bir səbəb yoxdur.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN rəhbərinin sözlərinə görə, Qərb Tbilisini Rusiya ilə müharibəyə sövq edir: "Onlara güvənməmək üçün heç bir səbəb görmürəm. Onlar Qərb ölkələri ilə birbaşa olaraq Rusiyaya qarşı hərbi əməliyyatlar aparmağa təhrik edirlər".
Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, yüksək rütbəli Qərb rəsmisi Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə Rusiya ilə 3-4 gün davam edəcək müharibəyə başlamağı təklif edib.
Ağarza Elçinoğlu