Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Almaniya səfirinin Rusiya XİN-ə çağırılması ölkənin şərqində NATO dəniz komandanlığı qərargahının yaradılması ilə əlaqədadır.
"NATO-nun hərbi infrastrukturunun keçmiş ADR ərazisinə genişləndirilməsi Rusiya Federasiyası tərəfindən müvafiq cavabsız qalmayacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.