“Flibusta” pulsuz onlayn kitabxanasının yaradıcısı Stiver vəfat edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Stiver beyin xərçəngindən ölüb. 

Qeyd edək ki, Rusiyada qadağan edilmiş "Flibusta" layihəsi 2009-cu ildə yaradılıb. Platformada rus və digər dillərdə kitablar mövcuddur. 2015-ci ilin sonunda Moskva Şəhər Məhkəməsi müəllif hüquqlarının pozulması iddiası ilə Rusiyanın ən məşhur torrent trekerlərindən biri olan "Rutracker"i "daimi olaraq bloklamaq" qərarına gəlib. 2016-cı ildə Moskva Şəhər Məhkəməsi onlayn kitabxananı həmişəlik bloklayıb.