Xarici agent kimi tanınan və axtarışa verilmiş keçmiş Dövlət Dumasının deputatı Maqomed Hacıyev Vaşinqtona rusiyalı ictimai xadimlər və sahibkarlar haqqında məlumat ötürüb.
"Unikal" xəbər verir ki, bu barədə Polşanın "Salon 24" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, keçmiş deputat Çeçenistan rəhbəri Ramzan Kadırovun xarici daşınmaz əmlakı barədə məlumatı ABŞ hakimiyyətinə verib. Məlumatda bildirilir ki, Kadırov Antalyadakı "Mardan Palace" otel kompleksinin faktiki sahibidir. O, Çeçenistan rəhbərini “Türkiyə, BƏƏ və Səudiyyə Ərəbistanında yüz milyonlarla dollar dəyərində başqa kommersiya daşınmaz əmlakına” sahib olması ilə əlaqələndirib.
Bundan əlavə, Hacıyev xaricdə aktivləri və daşınmaz əmlakı olan digər rusiyalı ictimai xadimlərin və iş adamlarının da məlumatını Vaşinqtona ötürür.
Nəşrin məlumatına görə, Hacıyev hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır və Amerikanın səlahiyyətli nümayəndələri ilə daimi əlaqə saxlayır, onlarla Amerika səfirliyinin binasında mütəmadi olaraq görüşür.
Xatırladaq ki, fevralın 15-də Rusiya Daxili İşlər Nazirliyi Maqomed Hacıyevi axtarışa vermişdi. Keçmiş deputat Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır.
Gülayə Mecid