ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə ABŞ-də icazəsiz yaşayan ən azı 11 milyon immiqrantın “kütləvi deportasiyasına” başlayacağına söz verib.
"Unikal" xəbər verir ki, bu barədə "USA Today" qəzeti məlumat dərc edib.
KİV bildirir ki, o, prezident kimi ilk müddətində də oxşar vəd vermişdi.
Ohayo Dövlət Universitetinin hüquq professoru Sezar Qarsia Hernandez da nəşrə açıqlamasında deyib ki, daha təcrübəli Tramp administrasiyası “nəhəng bürokratiyadan öz xeyrinə necə səmərəli istifadə edəcəyini” bilir.
Gülayə Mecid