ABŞ beynəlxalq fast-food şəbəkəsi "McDonald's"la bağlı qida qalmaqalı ilə sarsılıb.
"Unikal" xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) verdiyi açıqlamada "McDonald's" "Quarter Pounder" hamburgerini istehlak edən 49 nəfər ölümcül "Escherichia coli" (E.coli) bakteriyasına yoluxub.
Bu şəxslərdən 10-u xəstəxanaya yerləşdirilərkən, 1 nəfər dünyasını dəyişib. Məhsulun satışı müvəqqəti olaraq dayandırılıb.