Həm Bakı, həm də İrəvan sülh danışıqlarının vasitəçisiz getməsini istəyir.
"Unikal" xəbər verir ki, bunu rusiyalı ekspert Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, ABŞ-nin yüksək vəzifəli şəxslərindən biri, ABŞ prezidentinin köməkçisi, həmçinin ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenterin Azərbaycanda səfəri son dərəcə maraqlıdır: "Karpenter əvvəlcə Bakıya gəldi və Baydenin məktubunu prezident İlham Əliyevə çatdırdı. Daha sonra dünən axşam saatlarında İrəvanda onu Armen Qriqoryan və Nikol Paşinyan qəbul edib. Unutmaq olmaz ki, həm Bakı, həm də İrəvan sülh danışıqlarının vasitəçisiz getməsini istəyir".
Tarasovun qeyd edib ki, Karpenter Bakıda olarkən Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bəyan edib ki, Ermənistan və Azərbaycan arasında danışıqlarda üçüncü qüvvənin iştirakı maraqların toqquşması riskini ehtiva edə bilər: "Təbii ki, bu bəyanatı təsadüfi saymaq olmaz, çünki ABŞ İrəvan-Bakı münasibətlərinin normallaşmasında vasitəçi rolunu öz üzərinə götürüb, bu normallaşma təşəbbüsünü öz əlinə almağa cəhd edib".
Ağarza Elçinoğlu