Kazanda nümayəndə heyətləri üzvlərinin iştirakı ilə BRİKS sammitinin genişləndirilmiş iclası başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bundan əvvəl BRİKS sammitində nümayəndə heyətlərinin başçıları məhdud tərkibdə görüş keçiriblər. Rusiya prezidenti Vladimir Putin həmkarlarını qlobal problemləri müzakirə etməyə dəvət edərək, BRİKS ölkələrinin sözdə deyil, əməldə dünyadakı vəziyyətə görə məsuliyyət nümayiş etdirdiyini qeyd edib.
Geniş tərkibdə keçirilən iclasda iştirakçılar BRİKS ölkələri arasında iqtisadiyyat, ticarət və sənaye sahəsində qarşılıqlı əməkdaşlığın vəziyyətini qiymətləndirməyi planlaşdırırlar.
Ağarza Elçinoğlu