İngiltərədə hamilə qadın göydələndən yıxılıb, özü ölüb, uşaq sağ qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Lids şəhərində Şekspir Qüllələrindən yıxılan qadın dünyasını dəyişib, lakin körpəsi sağ qalıb.
30 yaşlarında olduğu bildirilən qadının hamiləliyinin son dövrlərində olduğu məlum olduqda dərhal xəstəxanaya çatdırılıb və körpə ana bətnindən götürülüb, ananın isə həyatını xilas etmək mümkün olmayıb.
Körpənin sağ olduğu və reanimasiyada saxlandığı bildirilib.
Zərifə Nağıyeva