İtaliyada baş verən maraqlı hadisə bütün dünyanı heyrətə gətirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə Romada baş verən yol qəzası nəticəsində komaya düşən Lusiano D'Adamo 39 il əvvəlki həyatına qayıdıb.
Belə ki, 63 yaşında olan Lusiano oyananda 24 yaşında olduğunu deyib. Qəza onun yaddaşında böyük boşluq buraxıb. Komadan ayılanda 19 yaşlı nişanlısı kimi xatırladığı qadını görüb. Lakin qarşısındakı qadın 39 illik həyat yoldaşı Monika olub. Lusiano arvadını belə tanıya bilməyib.
Qəza nəticəsində yaddaşının böyük hissəsini itirən Lusiano 1980-ci ildə həyatını davam etdirdiyini zənn edib. Halbuki onun 63, oğlunun isə 30 yaşı var. Daha da təəccüblü olanı onun texnologiya ilə bağlı tam şoku idi. Smartfonlar, GPS cihazları və müasir dünyanın digər yenilikləri ona elmi fantastikadan kənar bir şey kimi görünüb.
Lusianonun həyatında ən çətin anlardan biri güzgüyə baxanda baş verib. Qarşısında gördüyü qocanı tanımaqda çətinlik çəkib. Yaddaş ona illərin gətirdiyi dəyişiklikləri unutdurub.
Qəzadan sonra 5 il ərzində Lusiano həkimlərin və psixoloqların köməyi ilə itirilmiş xatirələrini qaytarmağa çalışıb. Ancaq yalnız bəzi kiçik xatirələr geri qayıdıb. Kişinin yaddaş itkisi də böyük emosional təsir göstərib. 24 yaşında olduğunu düşünsə də, birdən-birə yetkin oğlu və nəvələri olduğunu öyrənmək onu şoka salıb. Lusiano hələ də çox şeyi yenidən öyrənməyə çalışır.
Qəzadan sonra sürücü heç vaxt tapılmayıb və Lusiano hələ də bu hadisəyə görə ədalət axtarır. Ancaq həyatına yenidən inteqrasiya etməyə çalışan Lusiano bir məktəbdə işləməyə başlayıb və gündəlik həyatı ilə ayaqlaşmağa çalışır. Keçmişi ilə əlaqə yaratmağa çalışan insan müasir dünyada yeni bir yol tapmağa davam edir.
Gülayə Mecid