Macarıstan Brüsselin şantajından qorxmur və Avropa Birliyinin kuklasına çevrilməmək üçün mübarizə aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban 1956-cı il Macarıstan hadisələrinin başlanmasının ildönümü münasibəti ilə çıxış edərkən bildirib.
"Biz Macarıstanın yenidən marionet dövlətinə və Brüsselin vassalına çevrilməsinə dözməyəcəyik", - Orban deyib.
Onun sözlərinə görə, macarlar imperiya onları şantaj edəndə qorxmurlar: "Bilirik ki, bizi müharibəyə sürükləmək istəyirlər, miqrantları bizə qarşı qoymaq istəyirlər, uşaqlarımızı gender fəallarına vermək istəyirlər".
Ağarza Elçinoğlu