Şimali Koreya qoşunlarının Rusiyada olduğuna dair sübutlar var.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin bildirib.
Pentaqon rəhbərinin sözlərinə görə, hələ ki, hərbçilərin Rusiyada nə etdiklərini öyrənmək mümkün olmayıb: "Rusiyada Koreya Xalq Demokratik Respublikasının qoşunlarının olmasına dair sübutlar var. Onların orada nə etdiklərini hələ öyrənə bilməmişik. Bu, başa düşməyimiz lazım olan bir şeydir".
Ağarza Elçinoğlu