Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla görüşünw nikbin və ruhlandırıcı adlandırıb.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, əvvəlki ehtiyatlılıq bir qədər səngimişdi.
“Bir az daha inamla, dialoqumuz müsbət templə inkişaf edir və ümid edirəm, yaxın gələcəkdə yeni nəzərəçarpacaq nailiyyətlər görəcəyik”, - deyə Mirzoyan bildirib.
O xatırladıb ki, görüş zamanı tərəflər həm ikitərəfli gündəliyi, həm də regionda baş verənləri ətraflı müzakirə ediblər.