Ankarada azı 3 nəfəri öldürən terrorçular arasında qadın da var.

"Unikal" xəbər verir ki, onların 1970-ci illərdən Türkiyəyə qarşı döyüşən PKK silahlıları olduğu ehtimal edilir. 

İŞİD-lə müharibədən sonra PKK üzvləri arasında kişilər azaldığından onlar sıralarına qadınları, əsasən gənc qızları cəlb ediblər. 

Son rəsmi məlumata görə, terrorçular 4 nəfəri öldürüb, 14 nəfər yaralanıb. Daha 10 nəfər terrorçuların girovluğundadır. Terrorçulardan 2-si zərərsizləşdirilib.

Qeyd edək ki, Kahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal edilir. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır.

Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir.