Ruslan Kravçenko Ukraynanın yeni baş prokuroru olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mediası rəsmi mənbələrə istinadən yazıb.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski korrupsiyaya görə Ukraynadakı bütün tibbi komissiyaları ləğv edib. Məlum olub ki, ölkədə bir çox məmurlar əvvəlcədən saxta əlillik arayışı alıblar, onların bir çoxu prokuror vəzifəsində çalışır. Bunun fonunda Ukraynanın baş prokuroru Andrey Kostin istefa verib.