Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, rəsmi ziyafətdə BRICS+ liderlərinə tatar xörəyi, nərə balığı və quzu baldırı ilə küftə təklif olunur.

Qəbul "Kazan Expo" Beynəlxalq Sərgi Mərkəzində keçirilir. Qonaqları Rusiya prezidenti Putin qarşılayır.