Ərdoğan Kazanda proqramını yarımçıq qoyaraq cümə axşamı səhər Türkiyəyə qayıdacaq.
"Unikal" xəbər verir ki, buna səbəb Ankarada törədilən terror aktıdır.
Qeyd edək ki, Ankarada hərbi təyyarə və kosmik texnika istehsalçısı olan Türkiyənin TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib, ardınca atışma olub. Ankara Baş Prokurorluğu terror aktı ilə bağlı istintaqa başlayıb. Terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.