Ankara yaxınlığında TUSAŞ aerokosmik korporasiyasının binasında törədilən terror aktı nəticəsində insan tələfatı ilə əlaqədar Qazaxıstan prezidenti Kasım-Jomart türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
"Unikal" xəbər verir ki, başsağlığında deyilir:
"Qazaxıstan mülki şəxslərə qarşı yönəlmiş bu qeyri-insani hərəkəti şiddətlə qınayır, həlak olanların ailələri ilə də bölüşərək, Sizə və bütün türk xalqına dərin hüznlə başsağlığı verirəm".