Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Rusiya vətəndaşlığı alıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" sənədlərə istinadən məlumat yayıb.
Sənədlərə görə, keçmiş Ukrayna liderinin oğlu Rusiyada bizneslə məşğuldur. Onun 10 il əvvəl Sankt-Peterburqda qeydiyyatdan keçirdiyi şirkət var. Aleksandr Yanukoviçin əsas fəaliyyəti maliyyə və sənaye qruplarının idarə edilməsidir.
Keçən ilin dekabrında Avropa İttifaqı məhkəməsi Viktor Yanukoviç və oğlu Aleksandrın Ukraynada anti-korrupsiya təqibləri ilə bağlı sanksiya siyahısından çıxarılmasına qərar verib.
Gülayə Mecid