“Kontakt” mağazalar şəbəkəsi “Hekayənin bir parçası ol” çağırışı ilə ucqar dağ kəndlərində yaşayan aztəminatlı ailələrin məktəbli övladlarını sevindirib!

"Unikal" xəbər verir ki, bu layihə çərçivəsində şəbəkə Daşkəsən, Gədəbəy və Şəmkirin ucqar kəndlərində yaşayan aztəminatlı ailələrin məktəbli övladlarına notbuklar hədiyyə edib.

Xatırladaq ki, layihə “Kontakt”ın eksklüziv tərəfdaşı “Hisense” brendi ilə birgə təşkil olunub və tədris ilinin əvvəlində start götürən layihəyə görə “Kontakt” mağazalarında və “kontakt.az” saytında “Hisense”, eləcə də “Philips” məhsullarının satışından əldə olunan gəlirin müəyyən hissəsi bu nəcib məqsəd üçün ayrılıb. 

Layihə, həmçinin, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin (AzQAC) dəstəyi ilə həyata keçirilib. Cəmiyyət ilə əməkdaşlıq nəticəsində notbukların bölgüsü təmin olunub, yardımın ehtiyacı olan ailələrə çatdırılması daha səmərəli təşkil edilib.

Məktəblilərə notbukların təqdim edilməsində “Kontakt” mağazalar şəbəkəsinin nümayəndələri, AzQAC əməkdaşları, könülləri və hətta layihəyə maraq göstərən bir neçə influnser də fəal iştirak edib. Bu addımı valideynlər sevinc dolu göz yaşları içində qarşılayarkən, uşaqlar hədiyyələri görüb həyəcanlı anlar yaşayıblar. 

“Kontakt”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən bu layihə, şəbəkənin  cəmiyyətdə yaratdığı müsbət dəyərlərin əyani sübutudur. Tez-tez keçirilən bu tip sosial təşəbbüslərdə siz də pay sahibi olmaq üçün seçimlərinizi “Kontakt”dan edə bilərsiniz.