Fələstinin HƏMAS qruplaşması Qəzza zolağında siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsindən sonra hələ yeni lider seçməyib.
"Unikal" xəbər verir ki, bu barədə siyasi büro rəhbərinin müavini Musa Əbu Mərzuk deyib.
Onun sözlərinə görə, müzakirələr davam edir.
Mərzuk qeyd edib ki, hərəkatın yeni liderinin adı rəsmi olaraq açıqlanacaq və təhlükəsizlik baxımından gizli saxlanılmayacaq.
Bundan əvvəl BBC qrup nümayəndəsinə istinadən yazmışdı ki, HƏMAS qruplaşması yeni liderinin adını açıqlamaq niyyətində deyil.
Sinvarın varisləri arasında Məhəmməd Dervişa, Xəlil əl Haya, Məhəmməd Nazal və Xalid Meşal var.
Ağarza Elçinoğlu