Biz sülh sazişinin bağlanması üçün əlimizdən gələni edirik.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
O, həmçinin blokadanın bir anda aradan qaldırılması üçün əllərindən gələni etdiklərini bildirib.
Rubinyan xatırladıb ki, bu yaxınlarda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri İstanbulda görüşüblər: "İndi sülh sazişinin imzalanmasını mümkün etmək üçün cəhdlər edilir və biz bu istiqamətdə hər şeyi edirik".
Spikerin müavini "hansısa mərhələdə danışıqlarda vasitəçiyə ehtiyac yarana bilərmi?" sualına belə cavab verib: "Hər şey mümkündür, lakin indiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Faktiki danışıqlar zamanı tərəflər otaqda tək olublar. Formatın nə vaxtsa dəyişə biləcəyini istisna edə bilmərəm, amma indiyə qədər belə olub. Məsələ praqmatizmdə və praktiklikdədir".
Ağarza Elçinoğlu