Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla görüşündə Tehranla əlaqələrin inkişaf etdirilməsinin İrəvan üçün prioritetlərdən biri olduğunu deyib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti açıqlayıb.
"Baş nazir İranla münasibətlərin dinamik xarakterindən məmnun olduğunu bildirib və vurğulayıb ki, prezident Pezeşkian vəzifəyə gəldikdən sonra bu dinamika nəinki qorunub, həm də inkişaf etdirilib", - mesajda deyilir.
Qeyd olunub ki, İran prezidenti Ermənistanla əməkdaşlığın, o cümlədən iqtisadiyyat və mədəniyyət sahələrində davamlı inkişafı və genişləndirilməsinin vacibliyini vurğulayıb. Pezeşkian ölkəsinin prioritetinin qonşu və dost ölkələrlə əlaqələri inkişaf etdirmək olduğunu vurğulayaraq, Ermənistanın da belə ölkələrdən olduğunu bildirib.
Həmsöhbətlər ikitərəfli gündəlikdəki məsələləri, o cümlədən iqtisadiyyat, enerji və infrastruktur sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ağarza Elçinoğlu