"Birgə addımlar atmışıq, Marqara keçid məntəqəsini təmir etmişik, hər şeyi etmişik və Türkiyə tərəfindən bu razılaşmanın həyata keçirilməsini gözləyirik".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamenti sədri Alen Simonyanın müavini Ruben Rubinyan deyib.
"Biz bu barədə razılığa gəldik, bir daha təsdiqlədik, lakin indiyə kimi həyata keçirilməyib və bu, bizim günahımız deyil. Ümumiyyətlə, nizamlanma prosesi davam edir, Ermənistan tərəfi sabah açıq sərhədlərə və diplomatik münasibətlər qurmağa hazırdır", - deyə o bildirib.
Ağarza Elçinoğlu