Fransa Livana dəstək üçün 100 milyon avro yardım edəcək.
"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən beynəlxalq konfransda deyib.
"Livan xalqı istər müharibə nəticəsində didərgin düşmüş yüz minlərlə insan, istərsə də onları qəbul edən icmalar təcili və kütləvi yardıma ehtiyac duyurlar", - Makron qeyd edib.
Qeyd edək ki, Livanın "Hizbullah" hərəkatı ilə İsrail arasındakı müharibə 800 mindən çox insanı didərgin salıb, 2500-dən çox insanın ölümünə səbəb olub və iqtisadi böhranı dərinləşdirib.
Ağarza Elçinoğlu