Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi layihəsi 80-90% razılaşdırılıb.
"Unikal" xəbər verir ki, o, bu barədə Kazanda “Outreach”/“BRICS plus” formatında keçirilən görüşdə deyib.
Paşinyan vurğulayıb ki, tərəflər bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı ifadədə tam razılığa gəliblər.
"Həm Ermənistan, həm də Azərbaycan ötən aylarda dəfələrlə bəyan ediblər ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi ən azı 80-90% razılaşdırılıb", - o, qeyd edib.
Gülayə Mecid