Ermənistan və Azərbaycan sülhün əsaslarını yaratmaq üçün bütün fundamental məsələlərdə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BRİKS+ konfransında Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan beynəlxalq nəqliyyat kommunikasiyalarının və boru kəmərlərinin öz ərazisindən keçməsində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə hazırdır: "Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan öz ərazisində insanların təhlükəsizliyini və yükdaşımaları tam təmin etməyə qadirdir və təmin edəcək. Biz buna zəmanət veririk.
Ermənistanın guya hər hansı 3-cü ölkə ilə öz suveren ərazisində rabitə təhlükəsizliyinin təmin edilməsinə razılıq verməsi və ya bunun hər hansı sənəddə qeyd olunması ilə bağlı bütün iddialar reallığa uyğun gəlmir".
Ağarza Elçinoğlu