Ermənistan və Türkiyənin müvafiq idarələrinin nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpası üçün lazımi şərtləri qiymətləndirmək üçün tezliklə görüşəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İrəvan-Ankara danışıqları məsələsi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan məlumat verib.
O, görüşün tarixinin hələ dəqiq olmadığını qeyd edib.
Ağarza Elçinoğlu