Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası davam edir.
"Unikal" xəbər verir ki, rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 9 mindən artıq müxtəlif növ ağac və gül kolları əkilib. Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Moskva prospekti boyunca 1000-dən artıq dekorativ gül kolu, 150-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilib.
Aksiyada YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam edəcək.