Bu gün Yasamal rayon bələdiyyəsinin inzibati binasında Milli Məclisin deputatı Ülvi Quliyevin növbəti vətəndaş qəbulu keçirilib.
"Unikal" xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq və təhsil ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə qurumlara müraciətlərin ediləcəyi bildirilib.