Kazan şəhərində XVI BRICS Sammiti dünya diplomatiya tarixində xüsusi yeri olan və üzv ölkələr arasında iqtisadi-siyasi əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən toplantə oldu. Hazırda 9 ölkənin üzv olduğu - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurum olaraq BRICS 2006-cı ildə yaradılıb və nüfuzlu bir beynəlxalq təşkilat sayılır.
Kazanda keçirilən builki BRICS Sammitidə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak ediblər. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Bu baxımdan dövlət başçısı səviyyəsində təmsil olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan təbii resurslarla zəngin, sürətlə inkişaf əldə etmiş və inkişafda olan, regionda yetərli infrastruktura sahib ölkədir. Ölkəmiz enerji resurslarını daşıya biləcək müxtəlif tranzit kəmərlərinə sahibdir. Eyni zamanda hava, quru və dəmiryolu nəqliyyat dəhlizi kimi ölkəmiz təcrübəlidir. Hazırda Azərbaycan dünyada böyük nüfuza və etimada sahib olan dövlətdir.
Ötən illər ərzində həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin beynəlxalq tərəfdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı da bu reallığın göstəricisidir. Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmiz tərəfindən də əyani şəkildə nümayiş etdirilib. Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır: “Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib və bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Bu nümunə deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək. Bundan əlavə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi BRICS ölkələri arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından cəlbedicidir. Coğrafi mövqe və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Ona görə də, BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov