Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə əlaqədar Yasamal rayonunda ekoloji aksiya keçirilib.
"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abdulla Qarayev küçəsində ağacəkmə aksiyası baş tutub.
Rayon ərazisində yaşıllıq zolaqlarının ərazisi, ekoloji tarazılığın bərpası və ətraf mühitin mühafizəsi tədbirləri işlərə töhfə olaraq rayonda quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi həyata keçirilir. Baş tutan aksiya RİH, Bələdiyyə və MKTB-nin iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib. Qeyd edək ki, bu cür ekoloji aksiyalar Yasamal rayonunun müxtəlif ərazilərinə çatır və yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara və abadlıqla bağlı tədbirlərə qulluq edilir.
Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşklatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, rayon MKTB-nin rəisi Vüsal Hüseynov, rayon ərazisində yerləşən idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər.