Amerika ictimaiyyətini iki yerə bölən Menendez ailəsinin qətlində yeni dəlillər üzə çıxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bəzilərinin günahsız, bəzilərinin isə dəhşətli cinayət adlandırdığı qətli törədən Erik və Layl qardaşlarına bir işıq görünüb. Belə ki, Menendez qardaşlarının işində prokuror yeni dəlillər işığında iki qardaşın cəzalarının yenidən qiymətləndirilməsini və şərti azadlığa buraxılmasını istəyib.
Bildirək ki, ABŞ-nin ən zəngin cütlüklərindən biri olan Jose və Kitty Menendez 20 avqust 1989-cu ildə Beverli Hillsdəki malikanəsində yaxın məsafədən dəfələrlə atəşə tutulub. Cütlüyün oğulları vəziyyəti bildirdikdən sonra çoxlu polis qrupu hadisə yerinə yönəldilib.
Həmin vaxt 21 və 18 yaşlarında olan Erik və Layl qardaşları polisin dindirilməsi zamanı evə gələndə valideynlərini ölü tapdıqlarını iddia ediblər. Menendez qardaşları qətldən sonra ailələrinin pulunu balanssız xərclədikləri və davamlı olaraq əyləndikləri zaman əsas şübhəlilər kimi diqqət çəkiblər. Daha sonra qardaşlar qətli törətməkdə əsas şübhəli kimi həbs ediliblər.
Məhkəmədə müdafiə çıxışı edən qardaşlar anadan olduqları andan ataları tərəfindən təcavüzə və zorakılığa məruz qaldıqlarını göz yaşları içində izah ediblər. Analarının təcavüzə məruz qaldıqlarını bildiyini, lakin heç bir şey etmədiyini iddia edən qardaşlar hər seansda atalarının onları necə təhqir etdiyini izah etməli və bu anları yenidən yaşamalı olublar.
53 yaşlı Erik Menendez və 56 yaşlı Layl Menendez hazırda Kaliforniya ştatında ömürlük həbs cəzası çəkirlər. Onların hazırkı cəzalarına əsasən şərti azadlığa buraxılma ehtimalı yoxdur.
Qardaşların cəzalarına yenidən baxılıb-bağlanmayacağına hakim qərar verəcək. Onların 30 ildən çox həbsxanada yatdıqdan sonra azad edilib-edilməyəcəyini şərti azadetmə şurası qiymətləndirəcək.
Gülayə Mecid