Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində oktyabrın 18-dən start götürən ağacəkmə aksiyası davam edir.
"Unikal" xəbər verir ki, oktyabrın 25-də keçirilən aksiyada Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsi Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən regional və yerli idarə və müəssisələrin, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyası "İpək Yolu"nun Lənkərandan keçən ərazisi boyunca, Sütəmurdov və Girdəni kəndlərində baş tutub və aksiya zamanı 3000 ədəd sərv ağacı əkilib. Ağacəkmə aksiyasında yeni əkilən ağaclar suvarılıb və dayaqlarla bərkidilib.
Qeyd edək ki, sözügedən aksiya çərçivəsində oktyabrın 27-dək Lənkəran rayonunda ümumilikdə 12000 ağacın əkilməsi nəzərdə tutulur və oktabrın 25-ə qədər artıq 10550 ağac əkilib.