Göyçayda polis əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması və ətraf mühitin mühafizəsinin təmini məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
"Unikal" xəbər verir ki, görülən tədbirlərlə rayonun Qaraməryəm kəndində məişət tullantılarının qalaqlanması aşkarlanıb. Qeyd olunan ərazinin təmizlənməsi təmin olunub.
Həmçinin,rayon ərazisində yerləşən kafe,restoran və digər iaşə obyektlərində polisin keçirdiyi tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün tullantılarını ətrafa atan şəxslər müəyyən olunublar. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və inzibati protokollar tərtib edilib.