Yanğın səbəbindən Nizami rayonu, Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
*** 18:05
Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.