Avropa çempionu İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamin Yamal bütün karyerasını "Barselona"da keçirəcəyinə ümid etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bütün karyeramı "Barselona"da keçirib klubun əfsanəsi olmaq istəyirəm. "Barselona" - "Espanyol" və ya "Atletiko" - "Real" derbiləri var, amma "Barselona" - "Real" qarşıdurması bütün idman növləri üçün xüsusidir. Burada rəqabət uşaqlıqdan başlayır və sən həmişə qalib gəlmək istəyirsən", - deyə Yamal deyib.
İspaniya çempionatının 11-ci turunun "Real" - "Barselona" oyunu oktyabrın 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ağarza Elçinoğlu