"Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gozal Ağrı İbrahim Çeçen Universitetində 2024-2025 akademik ilinin açılışında iştirak edib.
"Unikal" xəbər verir ki, açılışda çıxış edən universitet rəsmiləri təhsil ocağının fəaliyyət istiqaməti, elmi nəticələri ilə bağlı məlumat veriblər. Daha sonra Ağrı valisi Mustafa Koçun çıxışı ilə davam edən tədbirin sonunda Abdolbari Gozal fəxri doktor diplomu ilə təltif olunub.
Qeyd edək ki, Abdolbari Gozal 2010-cu ildə Doğubəyazıtda universitet ölçüsündə geniş tələbə şəhərciyi olan və müxtəlif sahələri əhatə edən bir təhsil ocağı tikdirib.