Meksikanın qərbindəki Miçoakan ştatında jurnalist və radio aparıcısı Maurisio Kruz Solis güllələnib.

"Unikal" xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Qətl Miçoakan ştatının qərbindəki Uruapan şəhərində baş verib. Hücum nəticəsində daha bir nəfər yaralanıb.

Solis yerli "La Poderosa Uruapan" radiostansiyasının aparıcısı olub və həmçinin "Minuto x Minuto" saytında xəbərlər dərc edib.

Qeyd olunur ki, bu, oktyabrın 1-də vəzifəsinin icrasına başlayan yeni prezident Klaudiya Şeynbaumun dövründə ilk jurnalist qətlidir. Meksika jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri hesab olunur. Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatının məlumatına görə, 1994-cü ildən bəri burada 150-dən çox jurnalist öldürülüb.

Gülayə Mecid