İspaniyanın müdafiə naziri Marqarita Robles ölkənin şərqində daşqınlar və yağışlar nəticəsində çoxlu sayda insanın itkin düşdüyünü bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Telecinco" telekanalına müsahibəsində deyib.
Oktyabrın 29-da İspaniyanın Dövlət Meteorologiya İdarəsi güclü yağışla əlaqədar ölkənin müxtəlif bölgələri üçün kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Krallığın cənubunda və şərqində yağışlar səbəbindən səviyyə maksimuma yüksəlib. Valensiyada daşqınlar nəticəsində 92 nəfər ölüb, lakin itkin düşənlərin axtarışı hələ də davam edir.