Bu gün Milli Məclisin iclasında deputatlar Səyyad Salahlı və Aqil Abbas həkimlərin çatışmazlığı ilə bağlı məsələni qaldırıblar.

"Unikal" xəbər verir ki, spiker Sahibə Qafarova onların fikirlərinə etiraz edib:

“Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin.

Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın”.